Statuslardan seçmələr – 3
Rəbiyyət Aslanova: Ümummilli lider haqqda qanun qəbul olmalıdır!
Ümummilli lider: O arvada deyin dinc dursun,onsuzda burda vəziyyətim ağırdı
“İrəli” Qurban bayramında xeyriyyə tədbirləri keçirəcək. Begomot Ceyhunu qurban verməklə Azərbaycan tarixinə ən böyük xeyiri vermiş olarlar!
Leyla Əliyeva gedib Nyu-Yorkda deyib ki, Azərbaycan gəncləri bu gün azadlıqda yaşayır. Yəqin Azadlıq deyəndə Azadlıq prospektin nəzərdə tutur.
Azərbaycan əsgərini ermənidən başqa hər şey vurur: Gün vurur, ildırım vurur, şaxta vurur, öz əsgər yoldaşı vurur, təkər vurur, elektrik vurur, rejim vurur!
BMT-nin UNFPA təşkilatın bəyənatı: Sən Ətəğa Azərbaycan Müdafiə Nazirliyinə deyin imkan versinlər dünya əhalisini 7 milyarda çatdıraq da!
İsveçrə alimlərinin araşdırmasına əsasən kompyuterdəki Winrar sıxışdırma proqramı Bakının basa-bas marşrut taksilərində kəşf edilmişdir.
Məncə ANS İlham Əliyevin bölgələrə səfərini +18 olaraq qeyd etsin heç olmasa uşaqlarımız bu qədər yaltaq və oğraşı bir anda izləməsin!
“Ermənistanda Nə Qədər Adamın Qaldığını Xəbər Vermə” Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu: “Hal-hazırda Ermənistanda aclıq ucbatından 2 milyon, 468 min 412 nəfər yarım insan qalıb”!
Bir həftəyə hərbi xidməti və Harvardı bitirən Ceyhun Osmanlı: “Azərbaycan müharibəni bir həftəyə başlayıb-bitirməyə qadirdir”!
Elgiz “Səni Axtarıram” verilişinin sponsoru Google olduğunu oxuyub, Odnoklassniki saytına “Toy Olsun”a sponsorluq etməsi üçün mail göndərib!
Heyvan hüquqları müdafiə təşkilatı: Qurban bayramında Heydər Əliyevin şəkilin ekran küncünə qoymayan milli telekanalları şiddətlə qınayırıq.
İlham Əliyev Milli Parkda “Kiçik Venesiya şəhərciyi” tikdirir. Güya bilmir ki, Hacibəlanın sayəsində Bakı “Böyük Venesiya bataqlığı”na dönüb.
Bayrağın yaşı 93, Heydər Əliyevin yaşı 80. Bayraq yaradıcısı kimi onun şəklini ekran küncünə sırıyanların yaşı da, şərəfi də sıfırın altında!
Sevil Əliyeva – dahi bəstəkar, Kəmaləddin Heydərov dahi bəstəkar, Tağı Əhmədov – incə qəlbli şair, Emin Ağalarov – dünya şöhrətli müğənni, Həbib Müntəzir – kainatca məşhur kosmanavt!
Heydərizm rejimi Femidanı zorlayaraq öldürüb. Azərbaycandakı hüquq müdafiəçiləri isə Femidanın yasına yığışıb halva yeməklə məşğuldurlar!
”Mən siyasətdən uzağam” təşkilatının sədri İlham Əliyevin ətrafında sıx birləşdiyi üçün ürəkçatışmazlığından vəfat edib. Vətən sağ olsun!
”Azadlıq” metrosu istiqamətində hərəkət edən marşrut konduktoru “Azadlıq! Azadlıq!” qışqırdığı üçün polis tərəfindən 12 sutka həbs olundu.
İlham Əliyev “Azərbaycanda multikulturalizmin gələcəyi var” – dedikdən sonra Azərbaycan kulturistləri sevincək olub, turnikdən sallanıblar!
Əgər azərbaycanlı futbolda etiraz olaraq meydançaya mobil telefonunu atırsa bu cənab prezidentin sosial-iqtisadi inkişafının göstəricisidir!
- Azərbaycanın şimal qrupuna aid olan xanlıqlarını sadala görüm.
- Naxçıvan, Şirvan, İrəvan, Tayvan..
- Otur aşağı, iki! Heyvan oğlu heyvan!
YasaMallı qaqaş ilk dəfə Türkiyədə restoranda nahar edərkən: Abi sana zahmet, fortuçkanı kapatsana, skvaznyak oluyor!
Hacıbəla oturub Kurtlar vadisinə baxaraq ordakı “dərin dövlət” ifadəsini eşidib. O andan etibarən Bakını qaza-qaza dərin dövləti axtarır!
Azərbaycan millətçisi: Kərkük Azərbaycandır!
Türk millətçisi: Kərkük Türkiyədir!
Yasamallı qaqaş: Ay brat, bu Kərkük İraqda deyildi?
Bakı Dövlət Univermağı nəzdində yeni fa(c)kultə: Müasir kAbel texnologiyası və elmi-tədqiqat laboratoriyaları sayəsində yaltaqlıq fakultəsi!
Həkimlər Yaşar Nurini süni nəfəs aparatından ayırıb, xalq artisti danışmağa başlayıb və ilk cümləsi bu olub: Mən nə qələt elədim YAPa girdim!
Yapcell-dən yeni kampaniya: Qayçı yaz, 6969-a göndər İlham Əliyev gəlib qırmızı lent kəsərək istədiyiniz obyektin açılışını edəcək.
İsrailə 50 kq qoyun əti aparmaq istəyən amma gömrükdə saxlanan nazirdən şok açıqlama: “Azerbaycan həqiqƏTlərini dünyaya çatdıracaqdım”!
Türk serialların yasaq xəbərindən sonra İlham Əliyev milli serial çəkilməsinə 5 milyon manat ayırıb. İlk serialın adı: “Ərdoğanın suçu nə”?
Bakı kəndlərinə asfalt vurandan sonra kanalizasiya çəkiləcəyini söz verən İlham Əliyev Bakıda yay olimpiadası keçirmək sevdasına düşüb!

du.
İlham liyev “Azrbaycanda multikulturalizmin glcyi var” – dedikdn sonra Azrbaycan kulturistlri sevinck olub, turnikdn sallanıblar! ahahah! Gülmekden öldüm e!))))
əla
”Azadlıq” metrosu istiqamətində hərəkət edən marşrut konduktoru “Azadlıq! Azadlıq!” qışqırdığı üçün polis tərəfindən 12 sutka həbs olundu.
Qeseyy qeseyyy ))
Əla))))
Azərbaycan əsgərini ermənidən başqa hər şey vurur: Gün vurur, ildırım vurur, şaxta vurur, öz əsgər yoldaşı vurur, təkər vurur, elektrik vurur, rejim vurur! ))))))
Muntezir butun yazilar superdi. Aciqi men ilk defedi ki, bu sayta daxil oldum, oxudum ve cox xosuma geldi. Yeqin ki, davamli olar, Alla senin canivi saq salamat elesin.
bunlari oxuyub gulmeyde olar ama bunlardan netice cixartmaq lazimdi cunki bu sozler hansisa kvn teatrinin hevese gelib yazdigi sozler deyil bu bizim bedbextliyimizdir!
Super super super)
Halaldir butu yazilara gore…Coxx beyenilen yazilardir/
1 men yazim, deyirler yol medeniyyetdir yollarimiz ne gundedise medeniyyetimizde o gundedi.
Halaldi sene Hebib!!!