Məni həbs edin

61st Eyl 2010Şeirlər, , ,

Məni həbs edin
çünki rüşvətə yox deyirəm
məni həbs edin
çünki yaltaqlığa qara ox deyirəm
vicdanınız satıldı, məqsədiniz əsdi
Bakı küləklərinin əsdiyi kimi
mənim azad sözümün səsini kəsdiniz
prezidentin qırmızı lentləri kəsdiyi kimi
qazımı, işığımı, suyumu kəsdiyiniz kimi
mənə də həbs qəti-imkan cəzası kəsin
məni həbs edin
çünki mən xuliqanam, dələduzam
çünki mən neftə düşmənəm
neftinizin rəngi kimi
mənim gələcəyimi qaraltdınız
məni həbs edin
çünki sizin villalarınızdakı sabitliyinizi pozuram
inkişafınızın analoqsuzluğuna özkürürəm
çünki monarxiyaya istefa püskürürəm
dinamik iqtisadi yüksəlişinizin alçaqlığından
polisinizin gözümü, qulağımı, ağzımı bağlamağından
telekanalizasiyalarınızın yağlamağından bezmişəm
ciblərimə nəşə atın, anamı-bacımı incitməklə təhdid edin
alçaqlığınızı çəkinmədən, utanmadan yüksəldin
məni həbs edin
Peyğəmbərin Kəbədə yıxdığı bütlərə, Kubədə baş əyən
müsəlmanlara tüpürdüyüm üçün
oliqarxları, sovet təfəkkürlü ziya(n)lıları, mentalitetdən dəm vuran
qoca monarxları tarixin zibilliyinə süpürdüyüm üçün…
məni həbs edin
mən azadlıq istəyirəm
mən ədalət, mən həqiqət istəyirəm!

6 şərh var Yorumlar Beslemesi

  1. Tural Əlisoy (01 Eylül 2010, 14:24). Cevapla

    …………………………………………..

  2. Əli (01 Eylül 2010, 20:03). Cevapla

    Həbib, biz də bezdik hər şeydən. Doğru yazdın, hiss olunur ki, sən daxilində üsyan edirsən. Azərbaycanda hamı stressdədir.

  3. Emil (01 Eylül 2010, 21:06). Cevapla

    “Peyğəmbərin Kəbədə yıxdığı bütlərə, Kubədə baş əyən
    müsəlmanlara tüpürdüyüm üçün”
    yeri var

  4. Emin (01 Eylül 2010, 23:40). Cevapla

    super…

  5. Emin (01 Eylül 2010, 23:42). Cevapla

    Bakı küləklərinin əsdiyi kimi
    mənim azad sözümün səsini kəsdiniz
    prezidentin qırmızı lentləri kəsdiyi kimi
    qazımı, işığımı, suyumu kəsdiyiniz kimi
    mənə də həbs qəti-imkan cəzası kəsin

  6. Anar (02 Eylül 2010, 19:18). Cevapla

    Qəşəng.

Şərh yazın