İsmayıl TV-nin xəritəsi
Gün keçdikcə bu rejimin mundarlığı, cahilliyi, səriştəsizliyi daha da özünü göstərir. Səhər, günorta, axşam hətta Heydər Əliyevdən çox Eurovision kliplərini göstərən İctimai TV (oxu: İsmayıl TV) saytında Azərbaycan xəritəsinin Qarabağsız variantı yayılıb. Buyurun bura daxıl olun. Utanmadan yazını da ingilis dilində yazıblar və qeyd olunur ki, Fransa və İspaniya muzeylərində tarixi torpaqları sərgiləyən Azərbaycanın böyük xəritəsi hazırlanacaq. Və bu xəritələr sayəsində ermənilərin Qafqazın yerli xalqı olmadığı isbat ediləcək. Amma bu axmaqlar özləri şəkil kimi istifadə etdikləri xəritədə Azərbaycanı Qarabasız təsvir ediblər!
Onsuzda tapındıqları ümummilli büt Heydər ƏLiyev də bunu istəyirdi, arzularına çatdılar! Hakimiyyətə gəlmədən öncə, Qarabağda qızğın müharibə zamanı Azərbaycan hökümətindən xəbərsiz Ermənistanla separat danışıqlar aparan, Əlikramı və Sadvalı qızışdıran, hakimiyyətə gəldikdən sonra 41 batalyonu ləğv edib, 500-dən çox hərbçini həbsə atdıraraq, 6 rayonun getməsinə səbəb olan Heydər Əliyev və onun yolunu gedənlərdən ancaq və ancaq bu cür xəritə gözlənilən idi! İndi özünüz qərar verin, bunlar ermənidən betərdir ya yox? Bunlar bizi bunca alçaldırlar, rəzil və rüsvay edirlər ya yox?! İngiliscə danışıb, turnikə dırmaşan prezidentləri ilə öyünənlər utansınlar!

Sonrada da filan ölkə xəritəmizi dəyişdirdi, filan qəzet səhv verdi deyə vətənşüvənlik edib, güya vətənin xəritəsi üçün yanan, onun dəyərləri üçün mübarizə aparan roluna girir bu ədabazlar!
P.S. Bu biyabrçılıqdan dərhal sonra İTV zəng edilib və onlara bu barədə məlumat verildiyi halda hələ də nə xəritə silinib, nə bir şey!


həbib, atam, nə əcəb səni hələ interpola zada verib eləməyiblər? (yoxsa veriblər? -)))
Men dunyanin az olkesin gezmedin. Gercelden oz olkem kimi manqurt gerdeqalmis, plansiz olke gormedim. Cemiyyet de ki, qoyun qurtdan qorxan kimi “itler”den qorxan. Bu olke “itler”in dubinkasi ile davam edir. Amma heyderizm bunu hele de anlamir ki, hec bir diktatura ebedi olmayib o dubinkalar, o yondemsiz et token menasiz suar dolu demir plakatlar bir gun onlarin mezarlarinin ceperlerine serf olunacaq.
yoxsa bunu ozun elememisen???
Salam eziz qardasim,sene coxlu-coxlu tesekkur edirem,ona gore sene halal olsun ayiq olduquna gore biz seni bir muselman,veteni sevmek imandandir suarini yasadirsan.ALLAH seni qorusun.ALLAH amaninda
Eger ittv yaxsi tv olsaydi bu merremin gununde evrovizyondan yox,ibretamiz film olan,MUXTARNAME, filmini gostereydiler,eziz Muntezir sen ittv-nin dediklerine fikir verme,atalar demisken ,ittv hurer karvan kecer,
AXI axi sana 100 dafa demiwik esasende dyadya Borya senin buralarda ne iwin var en yaxwisi DOMINODURRRRRRRR
uje duzeldibler..
Deyesen kimse senin bu melumatini Ismayit TV ye catdirib,uje duzelib. bizim torpaqlar geri alinib….
salam saytinla sexsiyyetinle maraqlandim her sey oz yerinde sene meslehetim dunyavi yox axiretivi dusun hakim qarsi cixmaq boyuk gunahdir.Hamimiz neqativ hallara sahidik bilirik goruruk hal hazirda ozumde onun eziyyetini cekirem sukur yenede Allaha.Allah bir ummeti cezalandirmaq istedikde ora zalim edaletsiz hakim gonderir bu gunah senin menim gunahimdir bu belani verib bize Allah
Hənəfi qardaşım, mənim hakimim Allahdır, ancaq ona qul olaram. Yerdə qalan hakim İlham Əliyev isə ona qul olmağımı istəyir. İslamda isə bu haramdır! Zalıma, zamanın Yezidinə boyun əymək müsəlmana xas olan xüsusiyyət deyil. Sizi də bu yola dəvət edirəm! Allah hidayət etsin!
ne haramdi bawin cixmir daniwma nece yani yoxsullari kasiblari duwunmeyene qarwi kasiblari kimsesizleri duwunub mubarize aparmaq ne vaxtdan haram olub.bawiniz cixmir savadiniz yoxdu daniwmayin.et token fikirlerinle ozunuzu agilli aparmayin… qaldiki it tv-e adi ustunde IT EVI dida it qurd yigiwib soz sahibi olublar agizlarindan cixan cumleler kuce sozleridir. daniwiqin bilmeyenler bu gun kanallarda iwleyir. ne varki yaxsi yaltaqliq qabiliyyetleri var ve hakimiyyetdekilere yaxwi girirler (hec cixirlarki ordan). o gun gelecek leninin heykeli yixildiqi kimi hamisi yixilacaq…